Dəyərli Müştərilərimiz, “Quru” Sizə hər bir detalına xüsusi diqqət ayrılaraq, incə toxunuşlarla hazırlanan, yüksək keyfiyyətli məhsullarını və özəl hədiyyə qutularını təqdim edir. Hər zövqə uyğun dadlı, sağlamlığa faydalı, təbii quru meyvələr, xüsusi seçilmiş çərəzlər, bir-birindən fərqli ləzzətlərdə və növlərdə olan lokumlar, xammaddəsi Belçika istehsalı olan, qatqısız, əsl kakao çəyirdəklərindən hazırlanan şokoladlar mövcuddur.
Xüsusən vurğulamaq istərdik ki, məhsullarımız arasında sağlamlığa zərərli ola biləcək, qatqılı quru meyvə və digər məhsullar heç bir şəkildə yer almamaqdadır! Bu bizim başlıca prinsipimizdir! Təqdim etdiyimiz bütün məhsullar, əsasən də natural quru meyvələr, 100% təbii, 95%-i şəkərsiz (lokum və şokoladlarımız istisna olmaqla) və zərərsizdir.
Korporativ sektorda uzun müddətdir ki, ən dəyərli tərəfdaşlara, şirkət rəhbərlərinə və potensial sifarişçilərə hədiyyə təqdim etmək ənənəsi formalaşmışdır. Bu təşəkkürlərinizi bildirmək, fürsətdən istifadə edərək yeni əlaqələr qurmaq və ya əməkdaşlığın davam etdirilməsinə maraq göstərmək üçün yaxşı bir fürsətdir. Buna görə də, korporativ hədiyyələrin seçiminə həmişə çox məsuliyyətlə yanaşmaq önəmlidir. Hədiyyə həmişə diqqət və hörmət əlamətidir.
© 2025 Quru.az Azərbaycan. Bütün hüquqlar qorunur.